Mikayıl Cabbarov: “Aqroparklarda ərzaqlıq buğda istehsalı 61% artıb” - FOTO

20
okt
2022
17:28
“İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən 61% artaraq 88,8 min tona çatıb”.
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında bildirib.
“Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton ərzaqlıq buğda istehsal olunub”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi
COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik...