“Məhdudiyyətlər aradan qaldırılmazsa, neftə tələb yenidən azalacaq” - Ekspertdən şərh
Yeniliklərdən dərhal xəbərdar olun
Deputat Vüqar Bayramov son günlər neftin qiymətinin artmasının səbəblərini və bundan sonrakı gözləntiləri şərh edib.
BAKU.WS xəbər verir ki, V.Bayramov neftin dünyada bazar qiymətinin 30 dollarlıq psixoloji həddini keçdiyini və neftə tələbin artmasının dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlər ilə bağlı olduğunu bildirib:
“Dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliliyini” bildirib. Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb.
ABŞ və Avropa Birliyi iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitədə iqtisadiyyat yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, “qara qızıl”a tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.
Oxşar xəbərlər
Neft getdikcə ucuzlaşır: Azərbaycan nə etməlidir? Millət vəkili çıxış yolunu göstərdi
“Pandemiyadan sonra yeni siyasi və iqtisadi düzənin olacağı proqnozlaşdırılır”. Bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasınd...