Maşın bazarında ucuzlaşma: 10 minə “Toyota RAV4”, 19 minə “Hyundai ix35”

Maşın bazarında ucuzlaşma:  10 minə “Toyota RAV4”, 19 minə “Hyundai ix35”
İqtisadiyyat 11198

Azərbaycan avtomobil bazarında yeni tendensiya yaranıb. Avtomobil ekspertləri bildirirlər ki, hazırki iqtisadi durum avtomobil bazarında özünü göstərməyə başlayıb. Belə ki, hazırda satışların həcminə görə və alıcılara görə, avtomobilləri  3 qrupa bölmək olar. 

Ucuz maşınların satışında canlanma var

Avtomobil elanları üzrə ekspert Vaqif Hüseynov bildirib ki, hazırda iqtisadi durğunluğa baxmayaraq avtomobil bazarında daim işlək olan modellər var. Söhbət qiyməti 10 min manata qədər olan avtomobillərdən gedir. Ekspert bildirir ki, bu qiymətə olan modellərin satışlarında hazırda canlanma müşahidə edilir.Onun sözlərinə görə, adətən bu qiymətə olan avtomobilləri əhalinin nisbətən aşağı təbəqəsi alır.Həm də  bu avtomobillər kütləvi sürülən maşınlardır, xüsusilə də taksi kimi daha çox istifadə edilir. 

Müşaiyət xidməti göstərənlər köhnə maşınlara tələbatı artırıb

Bundan əlavə,  uşaqların məktəbə və ya baxçaya aparıb-gətirilməsi xidmətinə son dövrdə tələbat artıb. Bu xidməti göstərmək istəyənlər isə adətən ucuz və az yanacaq işlədən avtomobilə üstünlük verirlər. V.Hüseynov bildirib ki,qiyməti 5-7 min manata olan az yanacaq işlədən avtomobillərin böyük hissəsi hazırda sırf bu məqsədlə alınır. Ekspertin sözlərinə görə, istehsal tarixi  2002-ci ilə qədər olan köhnə "Opel” və "Mercedes” hələ də bazarın lideridirlər.

Ekspert  qiyməti 10 min manata kimi  olan avtomobillərdə qiymətlərin artmamasının səbəbi  belə izah edib:"Tələbatın yüksək olmasına baxmayaraq qiymət artımı yoxdur.Çünki  bazara bu qiymətə kimi çıxarılan avtomobillər tələbi üstələyir.Bu avtomobillərin qiymətlərində artım olsa belə, bu nəzərəçarpacaq səviyyədə olmur və satışlara ciddi təsir göstərmir”.

Qiyməti 10-50 manat olan avtomobilləri ona görə almırlar ki...

V.Hüseynov bildirib ki, hazırda bazarda satılmayan avtomobillər 2-ci qrupa aid olan avtomobillərdir. Söhbət qiyməti 10-50 manat arasında olan avtomobillərdən gedir.Məsələn, istehsal tarixi 2006-2013-cü illərə aid "Hyundai Tucson”, "Hyundai ix 35”, "Hyundai Santa Fe”, "Kia Sportage”, "Kia Sorento”, "Nissan X Trail”, "Toyota RAV4” modellərini aid etmək olar. Onun sözlərinə görə, bu avtomobilləri əsasən orta təbəqəyə aid olan, banklarda əmanəti olan vətəndaşlar alırdı.Hazırki iqtisadi şəraitdə banklara inamın azalması ilə onlar kütləvi sürətdə banklardan pullarını geri götürürlər.

Üstəlik dolların məzənnəsi ilə bağlı yaranan ajiotaj bankdan çıxarılan vəsaitlərin dövriyyə çıxmasına mane olur. Vətəndaşlar  gözləmə vəziyyətində  pulları yastıq altında saxlamağa üstünlük verirlər. Belə olan halda avtomobil almağa da ehtiyat edirlər. Nəticədə son bir ayda qiyməti 20-28 manat olan avtomobillərin qiyməti 3-4 min manat ucuzlaşıb.Məsələn, 22 min manatlıq "Hyundai ix35” modeli 19 min manata kimi ucuzlaşıb.

Satıcılar da bazara təsir göstərir

V.Hüseynov əlavə edib ki, bu avtomobillərlə bağlı təkliflərin artmasına avtomobil bazarındakı satıcılar da təsir göstərir. Əvvəlcə bazara 25-26 min manat avtomobil çıxaran satıcı maşını sata bilməyəndə yeni üsullar axtarmağa başlayır: "Avtomobili 21 min manata alıbsa, daha az qazanca razı olmaqla 22 min manata satır. Əlində olan pula daha tez satılan 6-7 min manatlıq 3 avtomobil alır. Belə olan halda daha çox qazanc əldə etmək şansı əldə edir”.  V.Hüseynov nəticədə avtomobil elan saytlarında qiyməti 50 min manata kimi avtomobillərlə bağlı elanların xeyli artdığını deyir.Məsələn, gündə 150 avtomobil elanı yerləşdirilirsə, onun 50-si bu avtomobillərlə bağlıdır. 

Avtomobillərin qiymətini daha gizlətmirlər

Qiyməti 50 min manatdan yuxarı olan avtomobillər isə əsasən biznes sinifinə aid olan modellərdir. Ekspert bildirir ki, qiymətlərin artmasına baxmayaraq bu avtomobillərin satışında isə azalma olmayıb. Belə ki, bahalı avtomobilləri əsasən biznes mühitində olan şəxslər, menecer və TOP menecerlər alır. Onların biznesi isə valyuta bazarında yaranan dəyişikliklərdən daha çox böyüyüb. Belə olan halda 900 minlik avtomobilin 1 milyon manata kimi bahalaşması o qədər də böyük fərq hesab edilmir. Ekspert hesab edir ki, bunu bəzi brendlərin satış qiymətlərini açıqlamasında da müşahidə etmək olar. Məsələn, "Lexus” və "Toyota” son bir neçə aya qədər avtomobillərin qiymətini gizlədirdi. Amma artıq reklamlarda belə premium sinif modellərin qiymətlərinə rast gəlmək olar.Məsələn, "Lexus Bakı Mərkəzi” 5.7 litr mühərrikli "LX” modelini 146 min manata satdığı açıqlayıb.

Fins.az

Son xəbərlər