KOBİA, Qətər İnkişaf Bankı, “Roskonqres” Fondu birgə sənəd imzaladı - FOTO

KOBİA, Qətər İnkişaf Bankı, “Roskonqres” Fondu birgə sənəd imzaladı - FOTO
Foto
İqtisadiyyat 271

Sankt-Peterburqda keçirilən 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra görüşlər keçirib.

KOBİA-dan BAKU.WS-ə verilən məlumata görə, görüşlər çərçivəsində əməkdaşlığa dair iki sənəd imzalayıb.

Qətər İnkişaf Bankının Baş icraçı direktoru Əbdüləziz Nasir Əl-Xəlifə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Qətər İnkişaf Bankı və Agentlik arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd KOB-ların maliyyə və satış bazarlarına çıxışının dəstəklənməsi istiqamətində təcrübə mübadiləsini, birgə təşəbbüslərin reallaşdırılmasını və s. nəzərdə tutur.

Forum çərçivəsində həmçinin, KOBİA və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişə əsasən, tərəflər işgüzar dairələr arasında səmərəli ünsiyyətin yaradılması, qarşılıqlı məsləhət, məlumat və ekspert dəstəyi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO

KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb - FOTO

Ölkəmizdə səfərdə olan Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KO...

93 İqtisadiyyat 11:09 23 yanvar 2021

Son xəbərlər