Kimlər gəlir vergisi verməyəcək? – VACİB AÇIQLAMALAR
Məlum olduğu kimi, gələn ildən özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək.
BAKU.WS xəbər verir ki, yeniliklə bağlı iqtisadçı ekspert Samir Əliyev açıqlama verib.
Ekspert açıqlamada bildirib ki, dəyişikliyə əsasən bu sektorlarda işləyənlərin muzdlu işdən aylıq gəlirləri (8000 manatdan çox olmamaq şərti ilə) 7 il müddətində 0 dərəcə ilə vergiyə cəlb ediləcək.
“Yəni 8000 manatdan çox maaş almırsa gəlir vergisi verməyəcək. Göründüyü kimi məqsəd özəl sektoru dəstəkləməkdir.
Tədbirin strateji hədəfi isə kölgə iqtisadiyyatının azaldılması, daha da konkretləşdirsək gizli əmək haqlarının rəsmləşdirilməsinə nail olmaqdır.
Bu gün bir sıra özəl sektor sahələri var ki onların əmək haqqı sistemi kifayət qədər şəffafdır və bu güzəşt həmin sektorda artıma səbəb olmayacaq.
Söhbət bank sektorundan gedir. Bank sektorunda maaşlar yüksək olub (son dövrlər azalma tendensiyası olsa da yenə də orta aylıq əmək haqqından yüksəkdir) və sosial vergilərdən qaçmaq məqsədi ilə əmək haqlarının gizlədiməsi baş verməyib.
Çünki kadrların dövlət banklarından özəl banklara axınına, bununla da dövlət banklarında xidmət keyfiyyətinin azalmasına səbəb olacaq.
Bu baxımdan fikrimcə, məqsəd maaş sistemini şəffaflaşdırmaqdırsa, bu güzəşt mexanizmi tətbiq ediləndə maliyyə sektoru, o cümlədən sığorta sistemi istisna edilməliydi”, - deyə Samir Əliyev bildirib.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
2019-cu ilin əvvəlindən əmək haqqınızdan nə qədər tutula bilər? - RƏSMİ AÇIQLAMA
Sosial sığorta haqqında qanuna təklif edilən dəyişiklərə görə, sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələrində nisbət dəyişə bilər.Vergi qanun...