İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat"ın inkişafı zəruri olub"
Dünyadakı iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat "yaşıl iqtisadiyyat"ın inkişafını zəruri edir.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
"Bu, öz növbəsində hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Dünya Bankının hesablamalarına əsasən iqlim dəyişikliyinin təsirləri nəticəsində 2050-ci ilə qədər qlobal ÜDM illik 1,5-5% azalacaq. İqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq, biomüxtəlifliyə də mənfi təsir edir. Bu faktorlar iqlim dəyişikliyinin geniş təsirlərini yumşaltmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha vurğulayır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
İranın enerji infrastrukturuna genişmiqyaslı hücumlar davam edərsə, "Brent" markalı neftin qiyməti 200 dollara qədər arta bilər. BAKU.WS Oxu.Az-a istinadən xəbə...