Əhaliyə ŞAD XƏBƏR - Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq (VİDEO)

Əhaliyə ŞAD XƏBƏR - Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq (VİDEO)
Video
İqtisadiyyat 2542
''Növbəti il Azərbaycanda əhalinin gəlirləri 9 % arataraq 54,4 milyard manata çatacaq''. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisdə növbəti ilin büdcə müzakirləri zamanı bildirib. Eyni zamanda növbəti il üçün orta aylıq əmək haqqının 642 manat olacağı proqnozlaşdırılıb.İclasda millət vəkilləri növbəti il üçün təyin edilən 180 manatlıq yaşayış minimunun azlığından şikayət ediblər.İdris İsayev bu problemlə dövlət səviyyəsində məşğul olunduğunu və qeyri-leqal məşğulluğun aradan qaldırılması ilə bu məbləğin arta biləcəyini qeyd edib.Millət vəkillərinin sosial müavinətlərin artırılması təklifinə də münasibət bildirən nazir müavini əlillərə və uşaqlara verilən müavinətlərin də artırılacağını bildirib.Eyni zamanda iclasda sosial sığorta yığımlarının Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyindən alınaraq, Vergilər nazirliyinə verilməsindən sonra bu nazirlikdə heç bir ixtisarın olmaycağı qeyd edilib. İdris İsayevin sözlərinə görə əvvələr bu işlə məşğul olan əməkdaşlar Fərdi uçot sistemi və DOST mərkəzlərində işlə təmin ediləcək.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər