Əhaliyə şad xəbər: Bağlanan banklardakı əmanətlər qaytarılacaq
Maliyyə Bazarlarına Nəzarət Palatanın qərarına əsasən "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Bu barədə BAKU.WS-ə Maliyyə Bazarlarına Nəzarət Palatanın mətbuat xidmətindən məlumat vrilib. Məlumata görə, buna səbəb bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməmələri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmamaları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməmələri, təhrif edilmiş hesabatları təqdim etmələri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməmələri, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməmələridir.
Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.
Bugünkü mətbuat konfransında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının da qeyd edib ki, bu banklar xaric digər bütün banklarda vəziyyət stabildir və bizim nəzarətimiz altındadır. Beynəlqxalq Bank və Standard Bankın sağlamlaşdırılması prosesi gedir. Əhalinin digər banklardakı duruma dair narahatçılığına əsas yoxdur.
Əmanətləri sığortalanmış vətəndaşlarımıza bildirmək istəyirik ki, dövlət bu əmanətlərin arxasında dayanıb”.
BAKU.WS
Oxşar xəbərlər
Əhalinin bağlanan banklardakı pulları qaytarılacaq? (ŞƏRH)
"Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” A...