Gömrük Komitəsindən büdcəyə daxil olan məbləğ açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 408 625,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,4% çoxdur.
BAKU.WS DGK-yə istinadən xəbər verir ki, 2019-cu il ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25,6% artaraq 1 109 477,14 min manat olub.
Həmçinin, hesabat ilində ƏDV üzrə daxilolmalar illik ifadədə 28,3% artaraq 3 004 082,95 min manat, aksizlər üzrə 46,9% artaraq 249 633,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,1% artaraq 45 431,64 min manat təşkil edib.
Oxşar xəbərlər
İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 188,497 milyon manat təşkil edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu...