Gələn il Azərbaycanda icmal büdcə 38 milyard manat, dövlət büdcəsi isə 33 milyard manat olacaq

Gələn il Azərbaycanda icmal büdcə 38 milyard manat, dövlət büdcəsi isə 33 milyard manat olacaq
İqtisadiyyat 45

2023-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 32 939,4 milyon manat, xərclərinin isə 37 883 milyon manat olacağı gözlənilir.

BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Son nəticədə icmal büdcədə 4 943,6 milyon manat kəsir yaranacaq.

Bundan başqa, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 720,7 milyon manat, xərclərinin isə 33 300 milyon manat olacağı gözlənilir. Bunlar 2022-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,2% və 3,1% çoxdur.

Son nəticədə dövlət büdcəsində 2 579,3 milyon manat kəsir yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər