Fitch: Bu il Azərbaycan iqtisadiyyatı 3,5% artacaq
28
yan
2019
21:14
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) “BB+” səviyyəsində təsdiqləyib.“Report”un agentliyin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, reytinq üzrə proqnoz isə sabit qiymətləndirilib.“Fitch” hesab edir ki, bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək, ötən il isə bu rəqəm 1,3% olub:“Şah Dəniz 2” qaz yatağının işə düşməsi və ölkənin ən böyük neft yatağı üzrə hasilat müqaviləsinin uzaldılması ilə yanaşı, turizm və kənd təsərrüfatı sahəsi də Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək. 2018-ci ilin oktyabrına olan məlumata görə, ARDNF aktivlərini 3,2 mlrd. dollar, yaxud 9% artıraraq 39 mlrd. dollara çatdırıb. Bu isə ÜDM-in 81,2%-i deməkdir. Biz proqnozlaşdırırıq ki, suverenin xarici xalis aktivləri ÜDM-in 75,4%-nə bərabər olacaq".BAKU.WS
Oxşar xəbərlər
"Fitch" "Azərbaycan Beynəlxalq Bankı"nın dayanıqlılıq reytinqini yüksəldib
"Fitch" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinə yenidən baxıb. Agentlik bankın dayanıqlılıq reytinqini (VR) “b-” səviyyəsinə...