Əsas ərzaq məhsullarının qiymət artımının qarşısının alınması müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şurasının növbəti iclasında daxili bazarın əsas ərzaq məhsulları ilə təchizatı və özünütəminatın genişləndirilməsi yolları müzakirə olunub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, iclasda minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının risklərinin azaldılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının tənzimlənməsi məsələsi nəzərdən keçirilib.
Eyni zamanda bu məhsullarla özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar geniş müzakirə olunub.
Oxşar xəbərlər
Hansı məhsulların qiyməti artıb? - Hökumət açıqladı
Azərbaycanın baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. BAKU.W...