Ermənistanda iqtisadi tənəzzül və sosial fəlakət - TƏHLİL
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağda gedən döyüşlər və Ermənistanda tüğyan edən pandemiya rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda görülən bütün tədbirlər baxmayaraq, ölkə məhvə məhkumdur.
Azərbaycan Ordusunun bir ay müddətində Dağlıq Qarabağda 5 rayonu işğaldan azad etməsi, düşmənə milyardlarla dollar dəyərində ziyan vurması və eyni zamanda minlərlə erməni hərbçisini döyüş meydanında məhv etməsi Ermənistan üçün ölümə bərabərdir. Ermənistan iqtisadiyyatına nəzər yetirsək, təkcə rəqəmlərə baxmaq kifayət edir ki, ölkənin hansı fəlakət həddində olduğu görünsün. Əvvəla onu bildirək ki, Ermənistanın iqtisadi potensialı çox zəifdir və hakimiyyətdə olan qüvvələrin apardığı təcavüzkar siyasət ucbatından on illərdir İrəvan regional təcrid vəziyyətinə düşüb.
Ölkənin təcavüzkar siyasəti nəticəsində iqtisadi xaos və anarxiya qaçılmaz olub. Nikol Paşinyanın əvvəlki rəhbərlərdən geri qalmayaraq işğalçı siyasət yürütməsi, üstəlik ölkədə müəyyən beynəlxalq şirkətlərə qarşı korrupsiyaya mübarizə adı altında aparılan təqiblər, Rusiyanın və başqa ölkələrin şirkətlərinin təqib olunması Ermənistanın üzləşdiyi böhranı bir qədər də dərinləşdirib.
Həmçinin pandemiya şəraitində yarıtmaz və istedadsız sosial-iqtisadi siyasət nəticəsində ölkədə vəziyyət daha da ağırlaşıb. Xüsusilə ölkə iqtisadiyyatının nəinki artım tempi yaradıla bilməyib, əksinə tənəzzül prosesləri dərinləşib, əhalinin demoqrafik problemləri və sosial problemlər günü-gündən dərinləşməyə başlayıb.
Ermənistanın xarici borcu ümumi daxili məhsulun az qala 50%-ni üstələməkdədir. Halbuki, burada Azərbaycanla müqayisə üçün və Azərbaycanın nə qədər əlverişli və ağıllı siyasət apardığını göstərmək üçün çox gözəl müqayisə rəqəmləri var. Azərbaycanın xarici borcu bu gün inkişaf etmiş hətta dünya dövlətlərindən də çox yüksək səviyyədə olmaqla ÜDM-in 17-18%-dən yuxarıya qalxmır. Halbuki, bu gün xarici borcunun ÜDM-də payı 50%-dən, demək olar ki, yuxarıdır. Ayrı-ayrı demoqrafik problemlərin təhlili, əhaliyə sosial dəstəyin verilməsi, sosial vəziyyəti nümayiş etdirən rəqəmlər Ermənistanın nə qədər fəlakətli bir həddə olduğunu nümayiş etdirir. Bütün bunlar Ermənistan rəhbərliyinin ağılsız, təcavüzkar siyasətini davam etdirməsinin və nəticədə regionda təcrid vəziyyətinə düşməsinin birbaşa nəticəsidir.
Ermənistan iqtisadiyyatı savaşa reaksiya verməkdə davam edir. Savaş başlanan günlərdən milli valyutası dəyər itirməyə başlayan işğalçı ölkədə son günlər ciddi qiymət artımları da müşahidə edilir. Belə ki, əsgər geyimi 18 000 AMD-dən 25 000 AMD-yə, şəkərin qiyməti isə 320 AMD-dən 385 AMD-yə qədər yüksəlib. Digər istehlak mallarında da qiymət artımları qeydə alınıb. Ermənistanın hərbi-siyası rejiminə yaxın şirkətlər, o cümlədən supermaketlər işğalçı orduya yardım etdiklərini bəyan etsələr də, qiymət artımı ilə o “yardımı” adi ermənilərin büdcəsindən artıqlaması ilə çıxarmağa çalışırlar. Artıq işğalçı ölkədə ciddi iqtisadi tənəzzül müşahidə olunur.
Beynəlxalq qiymətləndirici şirkətlər, o cümlədən "Fitch" agentliyi tərəfindən Ermənistanın krediti reytinqi aşağı salındıqdan sonra düşmən ölkədə ciddi böhran müşahidə edilir. Regionun ən böyük xarici borc asıllığı olan işğalçı ölkə uzunmüddəti savaşa hazır olmadığı kimi, post-savaş dövründə ciddi iqtisadi və sosial çətinliklər ilə üz-üzə qalacaq. Bu isə nə Paşinyan rejimi, nə də işğalçı ölkə üçün yaxşı nə isə vəd etmir.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...