Ən çox hansı sahələrdə çalışanlar güzəştli kredit əldə edib?
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il güzəştli kreditlərdən yararlanan sahələr və ayrılan kreditlər açıqlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov fondun ötənilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, iqtisadi sahələr üzrə layihələrin say üzrə bölgüsündə kənd təsərrüfatı sektoru əsas yer tutub.
Bildirilib ki, layihələrin say üzrə bölgüsünə əsasən ayrılan güzəştli kreditlər kənd təsərrüfatı məhsullarının istehsalında 44,5 faiz, əlavə olaraq kənd təsərrüfatı məhsullarının emalında 12,5 faiz təşkil edib.
Fondun sədri əlavə edib ki, ölkədəki sənayeləşmə prosesi də burada özünü göstərir. Belə ki, ötən il sənayeləşmə məhsullarının istehsalı və emalı üzrə layihələrə ayrılan güzəştli kreditlərin həcmi 37,3 faiz təşkil edib. Həmçinin, layihələrin sayına görə ayrılan güzəştli kreditlər xidmət sektoru üzrə 1,2 faiz, turizm sahəsi üzrə 0,5 faiz, tibb və s. sahələr üzrə 4 faiz təşkil edib.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 833 layihəyə 72,3 milyon manat, sənaye məhsullarının istehsalı və emalı üzrə 59 layihəyə 47,3 milyon manat, 7 infrastruktur layihəsinə 0,7 milyon manat, digər sahələr üzrə (xidmət, tibb və s.) 3 layihəyə 6 milyon manat güzəştli kredit ayrılıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Pandemiya və iqtisadi məhdudlaşmalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir”
İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üç...