Emil Məmmədov: "Bu il Şərq istiqaməti Orta Dəhlizin inkişafında növbəti mərhələ olacaq"
"2026-cı il ərzində Şərq istiqamətində daşıma Orta dəhlizin inkişafında növbəti mərhələdir".
Bu sözləri "Azərbaycan Dəmir Yolları" (ADY) QSC sədrinin müşaviri Emil Məmmədov sosial şəbəkə hesabında yazıb.
E.Məmmədov bildirib ki, son bir neçə il ərzində Azərbaycan Dəmir Yollarında (ADY) çalışaraq Orta Dəhlizi konsepsiya mərhələsindən real əməliyyat səviyyəsinə keçirməyə nail olub.
"Qərb istiqamətində daşımalar ildən-ilə artır və bu artım artıq konkret addımlara əsaslanır: "Middle Corridor Multimodal" birgə müəssisəsi (MCM) vasitəsilə koordinasiya, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə buraxılış qabiliyyətinin genişlənməsi, vaqon və konteyner parkının artırılması, Xəzər dənizi üçün yeni konteyner gəmilərinin inşasına başlanması, eləcə də liman və infrastrukturun davamlı şəkildə təkmilləşdirilməsi".
Müşavir qeyd edib ki, 2026-cı ilə baxışda əsas çağırış artıq qərb istiqamətinin miqyası deyil, sabit və proqnozlaşdırıla bilən şərq istiqamətli daşımaların formalaşdırılmasıdır.
"Məhz bu mərhələdə Avropa tərəfdaşlarının rolu həlledici olur. Beynəlxalq sərgilər, beynəlxalq səfərlər və HHLA, "Rhenus Logistics", "DB Cargo", MSC və "Rail Cargo Group" kimi aparıcı şirkətlərlə aparılan mütəmadi işgüzar dialoq Orta Dəhlizə olan real və artan marağı açıq şəkildə göstərir. 2026-cı il bu marağı şərq istiqamətli real həcmlərə çevirməyin ilidir. Əsasən bir istiqamətli dəhlizi iki istiqamətli tələbat modelinə gətirmək zamanıdır".
Oxşar xəbərlər
Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər"
Azərbaycan fəal şəkildə üç böyük "yaşıl enerji" dəhlizi formalaşdırır - Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Av...