Dünya bazarında neftin qiyməti bahalaşır

Dünya bazarında neftin qiyməti bahalaşır
İqtisadiyyat 83

Dünya bazarında neftin qiyməti bahalaşır.

BAKU.WS xəbər verir ki, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 04:59 üçun (Bakı vaxtı) 5,01 faiz bahalaşaraq 75,18 dollar/barel təşkil edib.

Qeyd edək ki, bundan əvvəl, Afrikanın cənubundakı bir sıra ölkələrdə aşkar edilmiş yeni COVID-19 ştammının Avropada qeydə alınması ilə bağlı xəbərlər fonunda neftin qiyməti 10%-dən çox ucuzlaşaraq 72 dollar/barelə düşmüşdü.

Statistikaya görə, "WTI" markalı neftin qiyməti də 5,62 faiz artıb və 71,98 dollar/barelə çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər