Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşündə deyib.
S.Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, nazirliklə Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan layhələrin əhəmiyyətini diqqətə çatdırıb.
Xüsusilə “Məşğulluğa Dəstək Layihəsi”nin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rolu vurğulanıb. 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarının qurulmasına hədəflənən layihənin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsində də dəstək olduğu qeyd edilib.
Son illər ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğuluq proqramlarının genişləndirilməsi işləri və s. barədə məlumat verilib.
S.Stallmeister ötən dövrdə səmərəli əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə cari əməkdaşlıq gündəliyinə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Nazirlik maşınlarını satışa çıxardı - "Chevrolet Aveo" - 5600 AZN - QİYMƏTLƏR
2 may 2023-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 36 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...