"Dollara tələbin artmasının davam edəcəyi gözlənilir" - Vüqar Bayramov
“2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3% azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır”.
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O qeyd edib ki, bəzi banklarda son aylarda ilk dəfə olaraq 1 dolların alış kursunu 1.7020-dək yüksəlib:
“Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bir barel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da belə hələ də, neft ölkələri üçün mqəbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir”.
Ekspert sözlərinə əlavə edib ki, dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir:
“Növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzun müddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.
Fərid ƏDALƏT
Oxşar xəbərlər
Azərbaycanda dollara tələb yüksəldi - Manat ucuzlaşacaq?
Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 %...