Əcnəbi iş adamlarının elektron qeydiyyatında hansısa yeniliklər var?
Qanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də elektron qeydiyyat sistemi tətbiq olunacaq.BAKU.WS xəbər verir ki, Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, əcnəbinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur.
“Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir.
Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub”, - deyə Ələkbər Məmmədov bildirib.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Vergilər Nazirliyindən yeni qayda: Sahibkarlar alınmış malın 40%-i qədər cərimələnəcək
2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işləri...