Cavid Qurbanov: "Allah bizə də insaf versin, biz də işləmələyik..."

Cavid Qurbanov: Allah bizə də insaf versin, biz də işləmələyik...
İqtisadiyyat 2895
"Neft məsələsini bir kənara qoyub, onu birdəfəlik yaddan çıxarmaq lazımdır. Biz qeyri-neft sektoru, nəqliyyat, kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu istiqamətdə işlər görülməkdədir. Ölkə başçısı tərəfindən bu istiqamətdə işlər görülür”.Tanınmış jurnalist Kamil Həmzəoğlunun BAKU.WS-ə verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir:"Neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır. Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir…Gömrükdə də işlər yoluna düşməkdədir... Allah bizə də insaf versin, biz də işləmələyik... Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir…Hər kəs öz işini görməlidir…Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək”.BAKU.WS

Oxşar xəbərlər

Cavid Qurbanov gənc yazara ev verib? - RƏSMİ AÇIQLAMA

Cavid Qurbanov gənc yazara ev verib? - RƏSMİ AÇIQLAMA

"Son günlər bəzi elektron KİV-lərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun jurnalist Kəramət Böyükçölə ev bağışlanması ha...

1860 Sosial 19:06 12 aprel 2018

Son xəbərlər