Bu qurum ləğv edildiyi üçün Mərkəzi Banka 27 milyon manat daxil olub
Yeniliklərdən dərhal xəbərdar olun
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğvi və funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə bağlı AMB-yə 26 milyon 958 min manat daxil olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 28 noyabr tarixində MBNP-nin ləğv edilməsi və Azərbaycan qanunlarında müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırılma, tənzimləmə, nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının AMB-yə verilməsi nəticəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 26 milyon 958 min manat kapital ehtiyatlarına aid edilib və Bankın kapital ehtiyatları 526 milyon 958 min manat təşkil edib.
Oxşar xəbərlər
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...