Bolqarıstanın naziri: "Təbii qaz müqabilində Azərbaycana elektrik enerjisini ixrac edə bilərik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.
Nazir vurğulayıb ki, belə bir imkan var, bu, prinsipcə təsdiqlənib. "Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək və bu elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”, - nazir vurğulayıb.
Bakıya səfər zamanı bir sıra diqqət çəkən məqamların olduğunu deyən Stoyanov bildirib ki, bunlardan birincisi Cənub Qaz Dəhlizi ilə interkonnektorun təşviqi ilə bağlıdır.
"Bizdə tam əminlik var ki, qazın bu qoşulması oktyabrın 1-dən başlayacaq. Azərbaycan tərəfi bizim onlarla ildə 1 milyard kubmetr müqavilənin tam icrasına ümid edə biləcəyimizi təsdiqləyib", - Nikola Stoyanov bildirib.
İkincisi, gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi gözlənilir və 3-4 ildən sonra bu genişləndirmə istismara verilməlidir. Bu da o deməkdir ki, biz Azərbaycandan ildə daha 1 milyard kubmetr qaz ala bilərik. .
“Bu o deməkdir ki, Azərbaycanla uzunmüddətli müqavilələrlə ildə 2 milyard kubmetr qazımız olacaq və istehlakımız ildə təxminən 3,5 milyard kubmetr təşkil edir ki, bu da 60 %-ə yaxın deməkdir. Energetika Nazirliyinin ekspertləri Azərbaycanla danışıqları davam etdirəcək, qiymət, kəmiyyət, dəqiq nə vaxt və s. ilə bağlı danışıqlar aparılacaq. Əsas odur ki, bu kəmiyyətləri indidən bəyan edirik”, - Stoyanov əlavə edib.
Onun sözlərinə görə, Bakıda danışıqların üçüncü əsas mövzusu bu qış əlavə qaz həcmlərinin əldə edilməsinin mümkünlüyü olub.
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...