Bitkoinin qiyməti düşür: Ən aşağı hədd nə qədər olacaq?

Kriptovalyuta bazarında son günlər ciddi dəyişikliklər müşahidə olunur.
BAKU.WS-in məumatına görə, tarixi rekordları yenilədikdən sonra Bitkoinin dəyəri təxminən 10% azalıb və hazırda 113–114 min dollar aralığında sabitləşib.
Ekspertlər bildirirlər ki, bu, avqustun üçüncü həftəsində baş verən korreksiya prosesinin nəticəsidir.
Proqnozlara görə, avqustun son həftəsində Bitkoin 109–119 min dollar aralığında hərəkət edəcək. Əsas dəstək zonası 109–111 min dollar səviyyəsində yerləşir. Bu hədd bitkoin üçün kritik hesab olunur, çünki qiymət bu zonanın altına düşərsə, daha böyük eniş riski yarana bilər.
Bitkoin niyə ucuzlaşır?
Kriptovalyuta bazarında azalmanın əsas səbəblərindən biri ABŞ-da istehsalçı qiymətləri indeksinin (PPI) gözləntilərdən yüksək açıqlanmasıdır. Bu, investorların ABŞ Federal Ehtiyat Sisteminin (FES) yumşaq monetar siyasətinə dair ümidlərini zəiflətdi. Bununla yanaşı, texnoloji Nasdaq indeksində müşahidə olunan yüngül korreksiya da bazara mənfi təsir göstərib.
Digər mühüm faktor isə bazarda likvidliyin paylanmasında dəyişiklikdir. Bitkoinin dominantlıq göstəricisi iyun ayında 66%-ə qədər yüksəlmişdi, lakin son günlərdə 60%-lik əsas həddi keçərək aşağı düşüb. Bu, vəsaitlərin tədricən altkoinlərə, xüsusilə Ethereum kimi alternativ kriptovalyutalara yönəldiyini göstərir.
Gələn həftə bazarda nə olacaq?
Avqustun 25–31-i tarixlərində bitkoinin qiymətinə ABŞ-dən gələcək bir neçə mühüm iqtisadi göstərici təsir edəcək. Bunlara ikinci rüb üzrə yenilənmiş ÜDM rəqəmləri, şəxsi istehlak xərcləri indeksi (PCE) və FES nümayəndələrinin çıxışları daxildir. Analitiklər qeyd edirlər ki, bu məlumatlar qısamüddətli perspektivdə bazarın istiqamətini müəyyən edəcək, lakin rəqəmsal aktivlərə olan uzunmüddətli maraq hələ də yüksəkdir.
Hazırda kriptovalyuta investorları üçün əsas sual budur: bitkoin yenidən artım mərhələsinə keçəcək, yoxsa daha dərin korreksiya müşahidə olunacaq? Bazar iştirakçılarının diqqəti ABŞ iqtisadi göstəricilərinə yönəlib, çünki məhz bu amillər kriptovalyuta bazarının gələcək trayektoriyasını müəyyənləşdirəcək.
Oxşar xəbərlər
Bakıda bu olimpiya idman kompleksi təmir olunacaq - 2 milyonluq LAYİHƏ
Bakıda olimpiya idman komplekslərindən birində təmiq işləri görüləcək. BAKU.WS-in məlumatına görə, söhbət Hövsan Olimpiya İdman Kompleksindən gedir. Belə ki,...
