Bayram günlərində Abşeron dairəvi dəmir yolu sərnişinlərin istifadəsində olacaq

Bayram günlərində Abşeron dairəvi dəmir yolu sərnişinlərin istifadəsində olacaq
İqtisadiyyat 217

Martın 20-dən Abşeron dairəvi dəmir yolu bütün stansiya və dayanacaqlar daxil olmaqla sərnişinlərin ixtiyarına verilir. Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müəyyənləşib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırılır ki, qatarların aşağıda verilmiş keçiddəki hərəkət qrafiki məhz bayram günləri üçün nəzərdə tutulub. Cədvəl martın 20-dən 28-dək (martın 28-i də daxil olmaqla) qüvvədə olacaq. Qatarların həmin tarixdən sonrakı hərəkət cədvəli barədə əlavə məlumat veriləcək.

Qatarların hərəkət qrafiki və tariflərlə daha ətraflı aşağıdakı linkdəki cədvəllərdə tanış olmaq mümkündür: https://ady.az/az/news/read/1726/43

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər