Bank rəhbərlərinin maaşı açıqlandı: 10 min manat

28
noy
2017
12:54
“Bu gün bank sektorunda TOP-menecmentdə çalışan insanların əksəriyyətinin orta aylıq əmək haqqı 8-10 min manatdan çoxdur. Bu rəqəm beynəlxalq bazarlardakı əmək haqqı ilə rəqabət oluna biləcək səviyyədədir”.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu “Tələb işəgötürənlərdən, təklif UNEC-dən” adlı konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.Onun sözlərinə görə, bu gün bank sektoru Azərbaycanda ən yüksək əmək haqqı verən qruplar arasındadır. “Buna baxmayaraq adi ixtisaslar, məsələn, mühasiblər, informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərə bank sektorunda böyük ehtiyac var. Bu ixtisasa sahib olan insanları biz əmək bazarından əldə edə bilmirik. Bu kimi ixtisasların tələbləri dəyişməz qaldığı üçün biz bu istiqamətdə diqqəti gücləndirməliyik”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yüksək maaşlı SAHƏLƏR
2017-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 524,9 min nəfər olub.BAKU.WS-in Trend-ə istinadən məlumatına gö...
