Bakıda yeni mənzilini qeydiyyata saldırmaq istəyənlərin nəzərinə - Ünvanlar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar məlum olub.
BAKU.WS xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 26-də Bakı şəhəri, Yasamal rayonu, Şixəli Qurbanov küçəsi, 23A ünvanında, avqustun 28-də isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi , 2595 məhəllə ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar qəbulu aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.
Oxşar xəbərlər
Bakıda yeni tikilən binalardakı mənzillərə çıxarış verildi - VİDEO
Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı düzgün seçməməsi səbəbindən bir sıra yaşayış bina...