Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır
26
iyn
2023
13:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...