Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb
İqtisadiyyat 166

2020-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz azalaraq 1 milyard 759,5 milyon manat olub.

BAKU.WS-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 252,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 71,2 faizini təşkil edib.

2020-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37,0 faiz azalaraq 235,2 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 146,5 milyon manat olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının ictimai iaşə dövriyyəsi azalıb

Bakının ictimai iaşə dövriyyəsi azalıb

Yanvar-mart aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2 faiz azalaraq 187,8 milyon manat olub. Bakı Şəh...

146 İqtisadiyyat 18:42 05 may 2020

Son xəbərlər