Bakı Fond Birjasında 100 milyon manatlıq hərrac keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BAKU.WS BFB-yə istinadən xəbər verir ki, hərraca çıxarılan məbləğin həcmi 100 milyon manat və notun nominal dəyəri isə 100 manat olacaq.
Notların tədavül müddəti 28 gün, ödəmə tarixi isə 9 dekabr 2020-ci ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı ikidən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Oxşar xəbərlər
Bakı Fond Birjası Avrasiya Fond Birjaları Federasiyasından çıxdı
4 iyunda Bakı Fond Birjası QSC-nin (BFB) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib. BAKU.WS xəbər verir ki, BFB-dən APA-ya verilən məlumata görə,...