Azərbaycanla Türkiyə birgə hərbi təyinatlı rabitə vasitələri istehsal edəcək
14
yan
2019
18:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə səfərdə olan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən olan “Aselsan”ı ziyarət edib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, nümayəndə heyətinin “Aselsan” şirkətinin rəhbərliyi ilə görüşü təşkil olunub.Görüşdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə “Aselsan” şirkəti arasında icra olunmuş layihələrin əhəmiyyətindən danışılıb və yeni layihələrin icrasının önəmliliyi vurğulanıb. Eyni zamanda, uzun müddətdi müzakirəsi aparılan müxtəlif növ rabitə vasitələrinin birgə istehsalının təşkilini nəzərdə tutan layihə üzrə qarşılıqlı razılıq əldə edilib.Sonda Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi ilə “Aselsan” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair müqavilə imzalanıb.BAKU.WS
Oxşar xəbərlər
Gələn il AZ 7.62 və EM-14 avtomatlarının istehsalına başlanılacaq
Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılaca...