Azərbaycanda dollar illik maksimumu yeniləyib
01
noy
2016
17:10
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,67% artaraq 1,6490 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6381 manata bərabər olub.
Bununla da dollar manata qarşı illik maksimumu yeniləyib. Bundan öncə dolların rəsmi məzənnəsi il ərzində ən yüksək həddə martın 11-də çatıb. Bu zaman 1 dollar 1,6456 manata bərabər olub.
BAKU.WS
Oxşar xəbərlər
Dolların məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) 13 iyuna olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi həftənin ilk...