Azərbaycana milyardlar gətirəcək razılaşma icra olundu - 1 gündə 450 milyon dollar bonus
31
yan
2018
08:19
Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib.ARDNF-dən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış hasilatın pay bölgüsü haqqında yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.Bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur."Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları Azərbaycan (“ACG”) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS. və Türkiye Petrolleri A.O. şirkətləridir.ŞahinBAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev "Əsrin yeni müqaviləsi"ni imzaladı
Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və h...