Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı
02
apr
2019
21:20
2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsi verib.YEK-in məlumatlarına əsasən, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.Daha öncə “Reuters” agentliyi “SOCAR Trading” şirkətinin başçısı Adnan Əhmədzadəyə istinadən xəbər vermişdi ki, Azərbaycan müvəqqəti olaraq Rusiya vasitəsilə nəql olunan neft həcmini Bakı-Tbilisi-Ceyhan boru kəmərinə keçirməyi planlaşdırır.2019-cu ilin ilk 3 ayı ərzində Rusiya ərazisi üzrə neft tranzitinin ümumi həcmi 3,3% artaraq 4,883 milyon ton təşkil edib. Eyni zamanda, Qazaxıstan neftinin tranziti 0,9% artıb və 4,035 milyon ton təşkil edib. Türkmənistan neftinin tranzit həcmi isə 189,8 min ton olub.Rusiya mənbələri xəbər verir ki, Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə nəqlinin dayandırılmasının səbəbi “Transneft” şirkətininin qərarıdır. Belə ki, Rusiyanın tranzit neft kəmərləri inhisarçısı SOCAR-a Azərbaycan neftinin bu ilin aprelindən başlayaraq ilin sonuna qədər Mahaçqala limanı üzərindən ötürülməsinin dayandırılacağı haqda xəbərdarlıq edib. Baxmayaraq ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair müqavilə qüvvədədir. “Transneft” bunun səbəbini göstərmir.Ancaq neft sahəsindəki mənbələr hesab edirlər ki, ola bilsin səbəb Mahaçqala limanının texniki imkanlarının məhdudluğudur. Çünki “Transneft” Qazaxıstan və Türkmənistan neftinin nəqlinin artması səbəbindən Mahaçqala limanından neft ötürülməsinin öhdəsindən gələ bilmir.Mənbələr deyiblər ki, Bakı-Tixoretsk magistral neft kəmərləri sisteminin buraxılış imkanları Mahaçqala-Novorosiysk hissəsində tam istifadə olunub. Nəticədə Mahaçqalada əlavə həcmdə neftin qəbulu mümkün deyil.BAKU.WS
Oxşar xəbərlər
Türkiyə Azərbaycan neftinin idxalını artırıb
Türkiyə Azərbaycan idxal etdiyi neftin həcmini artırıb. Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 78 min ton xam neft idxal edib ki, bu da 2018-ci ilin dekabr...