“Azerspace-1”dən yayımlanan telekanallar siyahısına yeni türk və qırğız kanalları əlavə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərkosmos” və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb.
BAKU.WS “Azərkosmos”a istinadən xəbər verir ki, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır.
Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.
“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000
Həmçinin Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.
Oxşar xəbərlər
““Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib. Energ...