Azərbaycanın qeyri-neft ixracının həcmi ikinci ildir ki, 40 faiz artıb - RƏSMİ

Azərbaycanın qeyri-neft ixracının həcmi ikinci ildir ki, 40 faiz artıb - RƏSMİ
İqtisadiyyat 25

“Azərbaycanın qeyri-neft ixracının həcmi ikinci ildir ki, 40 faiz artıb”.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu tempi hər zaman saxlaya bilməyəcəyik:

“Tamamilə aydındır ki, bu temp asanlıqla baş vermir. Bunun arxasında yeni yaradılan müəssisələr, yeni bazarlara çıxış, ölkə iqtisadiyyatında olan struktur problemləri, enerji daşıyıcılarına çıxışın, gömrük, vergi inzibatçılığının təkmilləşdirilməsi dayanır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər