Azərbaycanın islam maliyyə institutları ilə əməkdaşlığının gücləndirilməsi müzakirə olunub

Azərbaycanın islam maliyyə institutları ilə əməkdaşlığının gücləndirilməsi müzakirə olunub
Foto
İqtisadiyyat 30

ABŞ-də səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib.

"Report" xəbər verir ki, bununla bağlı nazir "X" hesabında paylaşım edib.

O qeyd edib ki, görüş İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətləri təmsil edən həmkarlarla dayanıqlı və inklüziv inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparmaq üçün faydalı platforma olub.

Görüş zamanı Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq işlərinə və ümumi inkişaf məqsədləri üçün islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırılıb.

Son xəbərlər