Azərbaycanın daha 3 filiz yatağını Türkiyə şirkətləri işlədəcək

Azərbaycanın daha 3 filiz yatağını Türkiyə şirkətləri işlədəcək
İqtisadiyyat 111

Azərbaycanın "Qaşqaçay", “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalandı.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"İnanırıq ki, atılan bu mühüm addım işğaldan azadedilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək", - deyə nazir vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər