Azərbaycanın bankçılıq missiyasının ABŞ-a işgüzar səfəri başlayır
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi altında ölkənin bankçılıq missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri başlayır.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.
Səfər çərçivəsində bankçılıq missiyasının Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-nin aidiyyəti dövlət və hökumət qurumları, eləcə də maliyyə sektorunun nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Həmçinin ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlərin təşkil olunacağı da gözlənilir.
Aprelin 25-dək davam edəcək missiyanın əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...