Azərbaycandan Rusiyaya göndərilmiş 61 ton bitki məhsulu sərhəddə saxlanılıb
26
iyl
2023
16:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandan Rusiyaya 61,2 ton bitki məhsulunun ixracının qarşısı alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Rosselxoznadzor"un Dağıstan üzrə İdarəsi məhsullarda karantin fitosanitar tələblərin pozulması halları aşkarlayıb.
Ümumilikdə Azərbaycandan Rusiyaya ixrac edilən 3 partiya - 47,2 ton təzə pomidor və 1 partiya - 14 ton təzə çiyələk saxlanılıb.
Yoxlamalar zamanı fitosanitar sertifikatlara düzəlişlər edildiyi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlmədiyi müəyyən edilib.
Oxşar xəbərlər
Bu il Azərbaycan Rusiyanın ən böyük pomidor tədarükçüsü olub
Bu il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb...