Azərbaycanda yeni pul nişanları tədavülə buraxılıb - FOTO
25
sen
2023
09:29
Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.
Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.
Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Oxşar xəbərlər
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 31 il ötür
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 31 il ötür. Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. A...