Azərbaycanda tarifləri tənzimlənən mal və xidmətlər azaldılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Tarif (qiymət) Şurası tərəfindən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərin tariflərinin tənzimlənəcək, digər mal və xidmətlərin siyahısına yenidən baxılacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan Tədbirlər Planında əksini tapıb.
Sənəddə bildirilib ki, 2021-ci ildə tarifləri tənzimlənən mal və xidmətlərin sayı 25-dir. Tarif Şurası və adiyyəti qurumlar 2022-2026-cı illərdə mərhələli olaraq qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinin azalmasını təmin etməlidir. 2023-2024-2025-ci illər ərzində dövrün sonuna tarifləri tənzimlənən mal və xidmətlərin sayı 15-dək azaldılmalıdır. Dövrün sonuna hüquqi hərəkət və xidmətlər üzrə xərcə əsaslanmayan tariflərin dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsi təmin edilməlidir.
İqtisadiyyat Nazirliyi Müdafiə Nazirliyi və aidiyyəti qurumlarla birlikdə qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi zəruri olan hüquqi hərəkət və xidmətlər üzrə tariflərin, hüquqi nəticələrindən asılı olaraq, dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsini 2022-2026-cı illər ərzində təmin etməlidir.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...