Azərbaycanda illik inflyasiya 12,4% olub

13
may
2022
14:31
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4%, qeyri-ərzaq məhsulları üzrə 106,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 101,0%, ötən ilin aprel ayı ilə müqayisədə 113% olub.
Oxşar xəbərlər
Azərbaycanda inflyasiya 12,2% təşkil edib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2%, o cümlədən ərzaq məhsulları, içkilər v...