Azərbaycanda əmək müqaviləsi bildirişlərinin sayı 37 faiz artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayı 37 faiz artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclasında bildirilib.
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ötən il görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Komissiyanın fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının 37 faiz artdığı vurğulanıb.
Oxşar xəbərlər
Daha bir ölkənin şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edildi - FOTO
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya,...