Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15 %-dən çox artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 % artaraq 8 milyard 107,9 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 6 milyard 141,8 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 775 milyon manatı dövlət, 6 milyard 332,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
İl ərzində hər bir ölkə sakini orta hesabla 799 manatlıq və yaxud 1 il əvvələ nisbətən 238,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Oxşar xəbərlər
Bank maşınları təcili satışa çıxarılır - UCUZ QİYMƏTLƏR
19 iyul 2023-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 30 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...