Azərbaycanda daha 41 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 lot üzrə 41 nəqliyyat vasitəsi satılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Xidmətindən məlumat verilib.
Hərraca çıxarılan əmlaklara ümumilikdə 32 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 46 100 manat olan 19 nəqliyyat vasitəsi 100 000 manata satılıb. Digər lot üzrə isə 15 nəqliyyat vasitəsinin start qiyməti 35 200 manat olsa da, son təklif 52 min manata yüksəlib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə bit.ly/40Ah581 linki vasitəsilə tanış olmaq mümkündür.
Hərracda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Oxşar xəbərlər
Problemli kreditlərin həcmi yenidən ARTDI - Çıxış yolu nədir?
Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin a...