Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır
23
iyn
2023
16:11
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 934 min dollar dəyərində 19 min 76 ton banan idxal edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hesabat dövründə bananın bir kiloqramının idxal qiyməti 1.24 manat təşkil edib.
Qeyd edək ki, bu dövrdə bananın orta satış qiyməti 3.30 manata bərabər olub. İdxal qiymətinin sabit qalmağına baxmayaraq bananın qiyməti son bir ildə 25% artım göstərib.
Xatırladaq ki, banan Azərbaycana Ekvadordan idxal edilir.
Nəzərə alaq ki, Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...