Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 9%-ə yaxın artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 7 milyard 46 milyon 828 min ABŞ dolları dəyərində 3 milyon 300 min 684 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 8,5 % çoxdur.
7 ay ərzində avtomobil nəqliyyatı ilə 5 milyard 920 milyon 227 min ABŞ dolları (4,3 % çox) dəyərində 2 milyon 36 min 203 ton (8,7 % çox) yük idxal edilib, 1 milyard 126 milyon 600 min ABŞ dolları (6,4 % çox) dəyərində 1 milyon 264 min 481 ton (8,2 % çox) yük ixrac olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Tukson" - 5500 AZN
7 mart 2023-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 48 nəqliyyat vasitəsi çıxarılıb. Hərra...