Azərbaycanda adambaşına düşən ÜDM 1,4% artıb

21
yan
2020
19:44
2019-cu ildə Azərbaycanda 81 681 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,2% çoxdur.
İllik ÜDM-in 50 391,8 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu isə illik müqayisədə 3,5% çoxdur.
Ötən il adambaşına düşən ÜDM-in dəyəri isə 1,4% artaraq 8 247 manata çatıb.
Oxşar xəbərlər
Əhalisinin gəlirləri 7%-dən çox artıb
2019-cu ildə Azərbaycan əhalisinin nominal gəlirləri 57 035 milyon manat təşkil edib. Bu barədə BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bild...