Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları gömrük rüsumundan azad edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digərləri 2023-cü il dekabrın 31-dək 15 faizlik gömrük rüsumundan azad edilib.
BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.
Bundan başqa, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat olan aksiz dərəcəsinə güzəşt tətbiq edilib və 2023-cü il dekabrın 31-dək 1 manat müəyyənləşdirilib.
Bu qərar həmçinin reaktiv mühərriklər üçün digər yanacaq növlərinə də şamil edilib.
Oxşar xəbərlər
Nazirlər Kabineti bu yanacaqla bağlı qərar verdi - gömrük rüsumundan azad edildi
Bu gündən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin “...