Azərbaycana bu il gətirilən ən dəyərli mal məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar ayında Azərbaycanın dəyər ifadəsində idxal etdiyi ən dəyərli mal - qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid soba olub.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat ayında Azərbaycan sözügedən sobalardan 46,698 mln. dollarlıq (79,387 mln. manat) 220 ədəd idxal edib.
Qeyd edək ki, bu kateqoriyaya aid sobalar arasında Azərbaycana gətirilən ən dəyərlisi Almaniyadan olub. Ölkə Almaniyadan 46,611 mln. dollarlıq (79,239 mln. manat) qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid bir soba gətirib ki, bu da idxal olunan malların arasında ən bahalı qeydə alınmış məhsuldur.
Oxşar xəbərlər
Dövlət büdcəsinin icrasında 2,5 mlrd. manatdan çox profisit yaranıb
Bu ilin I rübündə Azərbaycan dövlət büdcəsinin mədaxili 7 810,9 mln. manat, xərcləri 5 254,8 mln. manat olub, 2 556,1 mln. manat məbləğində profisit yaranıb. BA...